Bastoni İngiltərənin 3 klubunun hədəfindədir

İtaliya millisinin və “İnter”in müdafiəçisi Alessandro Bastoni İngiltərə Premyer Liqasının top-klublarının maraq dairəsindədir.

Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində “Çelsi”, “Mançester Siti” və “Liverpul” maraqlıdır.

Bastoninin hazırkı bazar dəyəri “transfermarkt” tərəfindən 65 milyon avro qiymətləndirilir. İtaliyalı müdafiəçinin “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. O, bu mövsüm A Seriyasında 5 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right