De Yonq avtoqraflardan qazanc əldə edənlərlə “savaşacaq”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq avtoqraflardan qazanc əldə edənlərə qarşı mübarizəyə başlayıb.

Niderlandlı futbolçu bundan sonra azarkeşlərə avtoqraf verməkdən imtina etməyəcək. Ancaq o, imzasını yalnız qarşısındakı şəxsin adını yazmaq şərtilə verəcək.

De Yonqun fikrincə, bu halda avtoqraf sahibinin onu sonradan satması xeyli çətinləşəcək. Bununla da, Avropada getdikcə populyarlaşan, sırf satış məqsədilə futbolçulardan avtoqraf alma praktikasının qarşısının alınması hədəflənir.

“Avtoqraf istəyirsən? Adını de” – De Yonqun bundan sonra tətbiq edəcəyi prinsip belə olacaq.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 2019-cu ildə “Barselona”ya keçdiyi vaxtdan azarkeşlərə ən çox avtoqraf verən oyunçulardan biri olub. Görünür, onun da səbrinin bir həddi var.

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right