“Bayern”in vingeri Maykl Olise yay transfer dönəmində “Liverpul”a keçməkdən imtina edib.
Newsport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Mersisayd təmsilçisi Olise ilə bağlı “Bayern”ə sorğu göndərib. Ancaq nə klub, nə də futbolçunun özü danışıqlara başlamaq istəyib.
Bildirilir ki, Fransa millisinin üzvü İngiltərəyə qayıtmaq niyyətində deyil. Olise gələcəkdə “Bayern”dən ayrılarsa, karyerasını La Liqada davam etdirmək istəyir. “Real” və “Barselona”nın bu vəziyyətdən xəbərdar olduğu qeyd olunur.
Olise 2021-2024-cü illərdə İngiltərədə “Kristal Pelas”ın formasını geyinib.
24 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” onun dəyərini 170 milyon avro qiymətləndirir.