“Yeni transferlər bizə çox kömək edir” “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes ötən mövsümdə komandanın heyətinin kifayət qədər geniş olmadığını düşünür.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, rotasiya üçün seçimlərin az olduğunu, bu yay edilən transferlərin isə komandaya çox kömək etdiyini bildirib:

“Bəli, düşünürəm ki, məsələ məhz bunda idi. Ötən mövsüm heyətdə rotasiya üçün çox seçimimiz yox idi. İnanıram ki, idman direktorumuz Deku yayda əla iş görüb. Yeni transferlər bizə çox kömək edir”.

“Barselona” La Liqanın yeni mövsümündə keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb və hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir. Komanda növbəti turda, oktyabrın 10-da “Xetafe”ni qəbul edəcək. Kataloniya klubu həmçinin, 25 noyabrda, UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right