"Sabah"ın forvardı Coy-Lens Mikels Ruanda millisinin heyətində rəsmi debüt edib.
Newsport.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya ilə görüşdə iştirak edib.
Meydana start heyətində çıxan Mikels 44-cü dəqiqədə penaltidən fərqlənib. Qollardan birini də sabiq "Zirə"li Leroy Mikels vurub.
"Zirə"nin müdafiəçisi Ange Mutsinzi də bu oyunda meydana çıxıb. Qarşılaşma Ruanda 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.