Messinin vida oyunu üçün xususi forma

Argentina millisi Lionel Messinin komandadakı vida matçını keçirəcəyi xüsusi formanı təqdim edib.

Newsport.az xəbər verir ki, yeni geyim dəstinin əsas və ən maraqlı xüsusiyyəti komandanın texniki sponsoru olan "Adidas" şirkətinin ənənəvi loqotipinin olmamasıdır. Oyunçunun böyüklüyünə hörmət əlaməti olaraq həmin loqo Leonun şəxsi brendinin firma nişanı ilə əvəz olunub.

​Unikal formanın dizaynı demək olar ki, tamamilə Argentinanın özünün və onun dəyişməz kapitanının simvolikası əsasında qurulub. Köynəkdə oyunçunun adı və nömrəsi qızılı rəngdə əks olunub, həmçinin formanın hər iki tərəfində ölkənin əsas simvollarından biri olan "May Günəşi" təsvir edilib.

​Messi yığmadakı son matçını oktyabrın 7-də keçirəcək. Həmin oyunda Argentinanın rəqibi Benin milli komandası olacaq. Ulduz futbolçu üçün ağ-mavi formada 208-ci və sonuncu olacaq bu tarixi qarşılaşmaya Buenos-Ayresdəki əfsanəvi "Monumental" stadionu ev sahibliyi edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right