Türkiyə Superliqasında çıxış edən “Çorum”un yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az xəbər verir ki, klub Uğur Uçarla yollarını ayırdıqdan sonra Burak Yılmazı baş məşqçi təyin edib.
Klubun yaydığı açıqlamaya görə, “Çorum” 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb.
Onun son iş yeri ötən mövsüm işlədiyi “Gaziantep” olub.