İkardiyə 73 illik qadağa

Mauro İkardiyə Argentinada 2099-cu ilə qədər avtomobil idarə etmək qadağan olunub.

Newsport.az xəbər verir ki, bu barədə "Yahoo Sports" nəşri məlumat yayıb.

Bildirilir ki, bu qərar sosial şəbəkələrdə yol hərəkəti qaydalarının pozulmasını əks etdirən videonun yayılmasından sonra qəbul edilib.

Görüntülərdə 33 yaşlı argentinalının qapalı yaşayış kompleksinin ərazisində avtomobil idarə etdiyi görünür. Onun rəfiqəsi Çina Suares hərəkət zamanı təhlükəsizlik kəmərini açaraq pəncərədən çölə çıxır və belinə qədər avtomobildən bayıra uzanır.

Səlahiyyətli qurumların araşdırması göstərib ki, həmin vaxt İkardinin qüvvədə olan sürücülük vəsiqəsi olmayıb. Onun İtaliya sürücülük vəsiqəsinin hələ 2019-cu ilin may ayında Buenos-Ayresdə yenidən rəsmiləşdirilməli və müddətinin uzadılmalı olduğu bildirilir.

Buenos-Ayres əyalətinin Nəqliyyat Nazirliyi futbolçunu laqeydlikdə ittiham edib, çünki sürücü avtomobildə olan hər kəsin təhlükəsizliyinə görə məsuliyyət daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right