Ronaldo: "1000-ci qolumu Portuqaliya millisində vurmaq istəyirəm"

Portuqaliya millisinin və “Əl-Nəsr” hücumçusu Kriştiano Ronaldo karyerasında 1000-ci qolunu hansı komandada vurmaq istədiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, 41 yaşlı futbolçunun hazırda hesabında 979 qol var. O, klub səviyyəsində 833, Portuqaliya millisinin heyətində isə 146 dəfə fərqlənib.

Ronaldo 1000-ci qolunu “Əl-Nəsr”də, yoxsa milli komandada vurmaq istədiyi ilə bağlı suala belə cavab verib:

“Cavabını bilirsiniz... Milli komandada. Bu, gözəl hekayənin kulminasiyası olardı. Məşqçinin dediyi kimi, tortun üzərindəki gilas olardı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right