İnfantino ilə Tramp arasındakı gizli əlaqələr: ABŞ Konqresi hərəkətə keçdi

ABŞ Konqresinin komitəsi Beynəlxalq Futbol Federasiyasından (FİFA) qurumun rəhbəri Canni İnfantino ilə ABŞ Prezidenti Donald Tramp arasındakı təmaslara dair tələb olunan materialları almayıb.

Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

ABŞ Konqresində Demokratlar Partiyasının nümayəndəsi mövzu ilə bağlı bəyanat verib:

"FİFA indiyədək komitəyə heç bir prioritet sənədi, o cümlədən təşkilat tərəfindən Trampın ailəsinə ayrılan vəsaitin həcmini göstərə biləcək sənədi təqdim etməyib. FİFA-nın Sülh Mükafatının verilməsi ilə bağlı əsas suallara cavablar da yoxdur, eyni zamanda dünya çempionatının reallaşdırılması üzrə Kuşner-İnfantino sxemi ilə bağlı izahatlar verilməyib. Hazırda FİFA tərəfindən qarşılıqlı əlaqənin səviyyəsi həddindən artıq aşağıdır".

Xatırladaq ki, iyul ayında Canni İnfantinonun təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət etmək üçün "FIFA Forward Enterprise" şirkətini yaratmaq planı barədə məlum olub. Onun qiymətləndirməsinə görə, bu, FİFA-ya üzv assosiasiyaların gəlirlərini artırmağa imkan verəcək və dünyada futbolun inkişafına töhfə verəcəkdi. Beynəlxalq Futbol Federasiyasından bildiriblər ki, bu sxem 4,2 milyard dollar cəlb edə bilərdi. Təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi tənqidə məruz qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right