Osimhenin sərvət dəyərindəki qarajı: Hansı lüks avtomobillər var?

"Qalatasaray"ın nigeriyalı ulduz hücumçusu Viktor Osimhen qasıq zədəsi səbəbindən milli komandanın heyətindən çıxarılmasına baxmayaraq, ölkəsinə yollanıb.

Newsport.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Ulduz futbolçu Laqos şəhərində hava limanını tərk edərkən idarə etdiyi yeni superkarı ilə bütün diqqətləri üzərinə çəkib. Osimhenin hava limanından ayrılarkən mindiyi gözqamaşdırıcı qırmızı rəngli yeni "Ferrari 296 GTB" modelinin qiyməti təxminən 528 min avrodur.

Nigeriyalı qolçunun lüks avtomobil ehtirası təkcə bu "Ferrari" ilə məhdudlaşmır. Osimhenin qarajında hər biri bir sərvət dəyərində olan "Lamborghini Urus", "Lamborghini Revuelto", "Rolls-Royce Cullinan" və "Tesla Cybertruck" var.

27 yaşlı futbolçu həm yaşıl meydanlardakı çıxışı, həm də futboldan kənar dəbdəbəli həyat tərzi və heyranedici avtomobil kolleksiyası ilə əsl superulduz statusunu qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right