Almaniya millisində yeni era Yurgen Kloppdan sərt intizam qaydaları

​Almaniya milli komandasının baş məşqçisi vəzifəsinə başlayan Yurgen Klopp komandada intizamı gücləndirmək və sağlam kollektiv mühit yaratmaq məqsədilə sərt qaydalar tətbiq edib.

Newsport.az xəbər verir ki, futbolçular komanda yeməklərinə birlikdə və dəqiq vaxtında gəlməlidirlər. Oyunqabağı mobil telefonlardan istifadə etmək qəti qadağandır. Mütəxəssis oyunçulardan tam olaraq matça köklənmələrini və heyət daxilində ünsiyyətin gücləndirilməsini tələb edir.

Oteldə olarkən saç kəsdirmək qadağan olunub. Futbolçular millinin düşərgəsinə gəlməzdən əvvəl bu məsələni həll etməlidirlər.

Klopp həmçinin, ailə ziyarətlərinə məhdudiyyət tətbiq edib. Əvvəlki baş məşqçi Yulian Naqelsmanın dövrü ilə müqayisədə, böyük turnirlər zamanı ailə üzvlərinin ziyarətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

​Klopp meydanda və meydandan kənarda dəqiq standartların olmasını istəyir. Bütün futbolçulardan bu qaydalara sözsüz əməl etmələri gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right