Türkiyə - Fransa oyunu alman hakimlərə tapşırıldı

Türkiyənin milli komandasının UEFA Millətlər Liqasında Fransaya qarşı keçirəcəyi oyunun baş hakimi bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, UEFA Millətlər A Liqasının 1-ci qrupunda baş tutacaq qarşılaşmanı Almaniya Futbol Federasiyasından Feliks Svayer idarə edəcək.

Meydanda Feliks Svayerə həmyerliləri Robert Kempter və Nikolai Kimmeyer kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Florian Badştübner yerinə yetirəcək. Matçın VAR hakimi Kristian Dingert, AVAR isə İohann Pfaifer olacaq.

Qeyd edək ki, 25 sentyabr tarixində Kocaeli stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right