“Leyptsiq”in yarımmüdafiəçisi Brayyan Qruda zədələnib.
Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. O, Almaniya millisinin Millətlər Liqasındakı qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
22 yaşlı futbolçunun qarın əzələsində dartılma aşkarlanıb. O, zədəsini Bundesliqanın son turunda “Bayer”lə (0:2) oyunda alıb və həmin qarşılaşmanın 26-cı dəqiqəsində meydanı tərk edib.
Bu səbəbdən Qruda Almaniya millisinin oktyabrın 1-də Serbiyaya və oktyabrın 4-də Yunanıstana qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək. Almaniya Futbol İttifaqı futbolçunun əvəzinə yeni oyunçu çağırmayacaq.
Qruda bu mövsüm “Leyptsiq”in heyətində 5 matçda 1 qol vurub.