Madrid “Real”ı yarımmüdafiəçisi Federiko Valverdenin zədəsi ilə bağlı yeni məlumat yayıb.
Newsport.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçuda sol topuq bağlarının üçüncü dərəcəli burxulması aşkarlanıb.
Valverde La Liqanın 7-ci turunda “Atletiko” ilə keçirilən matçda (1:2) zədələnib. Görüş zamanı Li Kan İn yarımmüdafiəçinin topuğunun üzərinə basıb.