"Mançester Yunayted" "Kristal Pelas"ın sol cinah müdafiəçisi Tayrik Mitçelli hədəfə alıb. Müqaviləsi cari mövsümün sonunda başa çatacaq 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasının bir sıra top-klublarının maraq dairəsinə düşüb.
Newsport.az xəbər verir ki, bu barədə "Football Insider" nəşri məlumat yayıb.
Bildirilir ki, "Kristal Pelas" müdafiəçini komandada saxlamaq üçün əlindən gələni edir, Mançester klubu isə Mitçellin Premyer Liqadakı zəngin çıxış təcrübəsini yüksək qiymətləndirirlər.
Yayda gücləndirilməsi mümkün olmayan sol müdafiəçi mövqeyinin "Mançester Yunayted" üçün yenidən prioritetə çevriləcəyi qeyd olunur.
Mançester tımsilçisi Premyer Liqadakı oyun üslubuna uyğunlaşmaq üçün zamana ehtiyacı olmayacaq bir sol müdafiəçi transfer etmək istəyir və Mitçell bu tələbə tam cavab verir. Oyunçuya həmçinin "Liverpul" və "Çelsi" də iddialıdır.