"Liverpul"dan Virts qərarı

“Liverpul”un yarımmüdafiəçisi Florian Virts qış transfer pəncərəsində klubu tərk edəcək.

Newsport.az xəbər verir ki, bu haqda “Football Insider” məlumat yayıb.

Mersisayd təmsilçisi 23 yaşlı futbolçu üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır. Virtsin özü isə Bundesliqaya qayıtmaq və Münhen “Bavariya”sına keçmək istəyir.

 “Bavariya” vəziyyəti diqqətlə izləyir və ingiltərəli klubla rəsmi danışıqlara başlaya bilər.

“Liverpul” qış transfer pəncərəsində Virtsi buraxmaq istəməsə də, onun üçün gələcək təkliflərə baxmağa hazırlaşır.

Virtsə namizədlər arasında London “Çelsi”si də göstərilir. Futbolçunun “zadəganlar”ın yeni baş məşqçisi ilə “Bayer”də birgə işlədikləri vaxtdan yaxşı münasibətləri var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right