Tuxel "Arsenal"ın 16 yaşlı ulduzunu milliyə cəlb edir

London "Arsenal"ının 16 yaşlı yarımmüdafiəçisi Maks Doumen UEFA Millətlər Liqasının qarşıdakı matçlarından əvvəl İngiltərə yığmasına qoşula bilər.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, ingilislərin baş məşqçisi Tomas Tuxel 5 oyunçunun itirilməsindən sonra belə bir variantı nəzərdən keçirir.

Bundan əvvəl İngiltərə millisinin heyətindən Deklan Rays, Koul Palmer, Markus Raşford, Kobbi Maynu və Tino Livramento kimi futbolçular sıradan çıxıblar. Onların əvəzinə sifariş vərəqəsinə artıq iki futbolçu daxil edilib: Morqan Gibbs-Uayt və Ceyms Qarner.

Qeyd edlir ki, Tuxel ölkənin ən istedadlı gənc oyunçularını hələ əvvəldən izləyirmiş və hazırda 16 yaşlı Doumenə şans vermək imkanını dəyərləndirir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right