Stadionu su basdı, La Liqa oyunu təxirə salındı

İspaniya La Liqasının 6-cı turunda “Levante” ilə “Atletik” arasında keçirilməli olan qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb.

Newsport.az xəbər verir ki, bu haqda klubların mətbuat xidməti məlumat yayıb.

Güclü yağış nəticəsində “Syudad de Valensiya” stadionunun meydanı, tribunaları və tribunaların altındakı əraziləri su altında qalıb. Hakim qərarı ilə təxirə salınan matçın yeni tarixinin daha sonra açıqlanacağı bildirilib. 

“Levante” 5 turdan sonra 5 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır. “Atletik” isə 7 xalla 9-cudur.

“Levante” növbəti oyununu sentyabrın 20-də səfərdə “Vilyarreal”a qarşı keçirəcək. Bilbao təmsilçisi isə sentyabrın 19-da “Alaves”i qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right