“Bayern” Virtsi istəyir

Florian Virts Almaniyaya qayıda bilər. Bundestimin aparıcı üzvü “Bayern”in hədəfinə düşüb.

Newsport.az xəbər verir ki, “Liverpul”da ümidi doğrultmayan yarımmüdafəçi özü də İngiltərədəki həyatından məmnun deyil. O, Premyer Liqaya uyğunlaşa bilmir və Münhenə köçməyin əleyhinə deyil.

Lakin “Bayern” onun transferi üçün böyük pullar xərcləmək istəmir. Almaniya nəhəngi onu azad agent və ya kiçik məbləğ qarşılığında heyətinə qatmağa çalışır. İngilislərin 125 milyon avroya aldığı oyunçunu sərbəst buraxması real görünmür, baxmayaraq ki, yüksək maaş yükündən qurtulmaq üçün hətta bu variant da istisna deyil.

23 yaşlı oyunçu ötən yay “Bayer”dən transfer edilib. Onun daha 4 illik müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right