Yamal Messinin rekordunu təkrarladı

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya La Liqasının ilk 5 matçında 3 dubl etməklə Lionel Messinin 13 illik rekordunu təkrarlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc hücumçu XXI əsrdə İspaniya çempionatının ilk 5 matçında 3 dəfə iki qol vuran ikinci futbolçu olub.

İspaniyalı forvard cari mövsümdə “Rayo Valyekano” (5:2), “Valensiya” (5:0) və “Levante” (4:2) ilə matçların hər birində iki qol vurub. Əvvəlki analoji göstərici 2012/2013 mövsümündə L. Messi tərəfindən gerçəkləşdirilib. Argentinalı hücumçu həmin vaxt ilk 5 turda “Real Sosyedad” (5:1), “Osasuna” (2:1) və “Xetafe”yə (4:1) qarşı keçirilən görüşlərdə dubla imza atıb.

Futbolçu cari mövsümdə bütün turnirlərdə 7 qol (La Liqada 6, Çempionlar Liqasında 1) vurub. O, ölkə çempionatının bombardirlər yarışında Kilian Mbappe, Rafinya və Serxio Kamelyo ilə birgə birinci pilləni bölüşdürür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right