Ekvador yığmasında yeni baş məşqçi

Argentinalı sabiq futbolçu Marselo Qalyardo Ekvador millisinin baş məşqçisi təyin olunub.

Newsport.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiya “X” sosial şəbəkəsində milli komandanın oyunlarından və yeni baş məşqçinin iştirakı ilə keçirilən tədbirlərdən görüntülərin yer aldığı video paylaşıb.

2026-cı il dünya çempionatında Sebastyan Bekkasesenin rəhbərlik etdiyi Ekvador millisi qrup mərhələsini keçsə də, 1/16 finalda Meksika yığmasına 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right