Kimmixin 500-cü oyunu

“Bayern” Bundesliqanın 3-cü turunda “Elversberq”i (2:1) məğlub edib.

Newsport.az xəbər verir ki, bu qarşılaşma Münhen təmsilçisinin yarımmüdafiəçisi Coşua Kimmix üçün əlamətdar olub.

Almaniyalı futbolçu bütün turnirlər nəzərə alınmaqla “Bayern”də 500-cü oyununa çıxıb. Kimmix bu matçlarda 47 qol vurub və 122 məhsuldar ötürmə verib.

“Bayern”də keçirdiyi oyunların sayına görə Kimmix klubun əfsanələrindən Bastian Şvaynştaygerə çatıb. Onun yaxın zamanda bu göstəricidə Şvaynştaygeri geridə qoyacağı gözlənilir. Kimmix bunu artıq növbəti turda da edə bilər. “Bayern” Bundesliqanın 4-cü turunda Berlin “Union”u ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right