"Bavariya" "Liverpul"un ulduzunu Almaniyaya qaytarmaq istəyir

Мünhen "Bavariya"sı "Liverpul"un almaniyalı hücumameyilli yarımmüdafiəçisi Florian Virtsin ətrafındakı vəziyyəti diqqətlə izləyir. Mersisayd klubunda futbolçu ilə bağlı narahatlıq yaranmağa başlayıb.

Newsport.az xəbər verir ki, bu barədə TEAMtalk nəşri məlumat yayıb.

"Liverpul"dakı bəzi şəxslər Virtsin hələ də İngiltərədə özünü ən yaxşı tərəfdən göstərə bilməməsindən narahatdırlar.

Qeyd olunur ki, "Bavariya" əvvəllər də Virtslə maraqlanıb, lakin Florian "Bayer"dən məhz "Liverpul"a keçmək qərarına gəlib.

Mersisayd klubu yarımmüdafiəçini satmağa çalışmır və hələ də ona inanındığı vurğulanır.

Virts 2025-ci ilin yayından "qırmızılar"ın şərəfini qoruyur. Futbolçunun "Liverpul" ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right