Kurtua ilə yeni müqavilə imzalanacaq

“Real”ın qapıçısı Tibo Kurtua klubla yeni müqavilə imzalamağa yaxındır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında razılaşmanın əldə olunması üçün yalnız bir neçə detalın dəqiqləşdirilməsi qalıb. Madrid klubu Kurtuanın çıxışından razıdır və belçikalı futbolçunun yeni müqaviləyə layiq olduğunu düşünür.

Qolkiperin “Real”la hazırkı müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. O, İspaniya klubunun heyətində ümumilikdə 339 oyuna çıxıb və 330 qol buraxıb.

“Real” son oyunda doğma meydanda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib. Komanda növbəti matçda səfərdə “Elçe” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right