"Milan"ın sabiq üzvü Fransa klubunda

"Milan"ın sabiq futbolçusu Mbaye Nyanq karyerasını Fransada davam etdirəcək.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı seneqallı futbolçu “Dunkirk”lə anlaşıb.

Mərkəz hücumçusu mövsümün sonuna qədər Fransa klubunda oynayacaq.

O, karyerası ərzində “Kan”, “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn”, “Əl-Əhli”, “Bordo”, “Adana Demirspor”, “Empoli”, “Vidad Kasablanka”, “Sampdoriya”, “Gənclərbirliyi” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right