“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsindədir.
Newsport.az “Transfer News Live”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu uğrunda “Liverpul”, “Çelsi” və “Nyukasl” mübarizə aparır. Uorton qarşıdakı transfer pəncərələrində klubunu dəyişmək niyyətindədir.
“Kristal Pelas” isə aparıcı futbolçusunun satışından ən azı 75 milyon funt-sterlinq (təxminən 87 milyon avro) qazanmaq istəyir.
Uorton 2024-cü ilin fevralından “qartallar”ın formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.