"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS çempionatının 25-ci turunda “Neşvill”ə qarşı ev oyununda (2:2) qol vurub.
Newsport.az xəbər verir ki, bu, argentinalı futbolçunun cari mövsümdə 19-cu qolu olub.
Nəticədə Messi çempionatın bombardirlər yarışında ilk pilləyə yüksəlib. O, 18 qol vuran “Dallas”ın futbolçusu Petar Musanı qabaqlayıb.
Messi həm də MLS-də ardıcıl qol vurduğu oyunların sayını yeddiyə çatdırıb.
Qeyd edək ki, “İnter Mayami” 25 oyundan sonra 45 xalla Şərq Konfransının turnir cədvəlində ikincdir. “Neşvill” isə 54 xalla liderdir.
"İnter Mayami" - "Neşvill" 2:2
Qollar: Beyker-Vaytinq 19(avtoqol), Messi 62 - Sarric 4, 90+1