Cənubi Koreya millisində müvəqqəti baş məşqçi təyinatı

Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin edilib.

Newsport.az xəbər verir ki, bu barədə Asiya təmsilçisinin sosial şəbəkə hesabları rəsmi məlumat yayıb.

Bildirilir ki, mütəxəssis komanda ilə 2026-cı ilin sentyabr-noyabr aylarındakı yoldaşlıq oyunları pəncərəsində çalışacaq. Bu müddət ərzində koreyalılar dörd oyun (Ekvador, Uruqvay, Özbəkistan və Venesuela yığmaları ilə) keçirəcəklər.

Robert Morenonun son iş yeri Rusiyanın "Soçi" klubu olub. O, bu komandanı 2023-cü ilin dekabrından 2025-ci ilin sentyabrına qədər çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right