"Mançester Yunayted" "Liverpul"u geridə qoydu Premyer Liqanın yeni rekordu

“Mançester Yunayted” öz lehinə avtoqolların sayına görə Premyer Liqanın rekordçusu olub.

Newsport.az xəbər verir ki, Premyer Liqanın 2-ci turunda “Mançester Yunayted” “İpsviç”i 5:2 hesabı ilə məğlub edib. Matçın 56-cı dəqiqəsində Harri Maquayrın zərbəsindən sonra top rəqib müdafiəçi Ceykob Qrivzin ayağından rikoshet edərək qapıya daxil olub.

Qrivzin bugünkü görüşdə öz qapısına vurduğu qol “Mançester Yunayted”in lehinə qeydə alınan 80-ci avtoqol olub. Bununla da mankunianlılar Premyer Liqa tarixində bu göstərici üzrə mütləq rekordçuya çevriliblər. Onlar 79 avtoqol ilə ikinci olan “Liverpul”u geridə qoyublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right