"Fənərbaxça" 12 milyon avroya müdafiəçi transfer etdi Rəsmi

"Fənərbaxça" heyətinə yeni müdafiəçi cəlb edib.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi "Nitsa"dan Koco Pepra Opponqu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qanalı futbolçunun transferi "Fənərbaxça"ya 12 milyon avroya başa gəlib. 22 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Nitsa" Koco Pepra Opponqu 2025-ci ilin yayında "Norrköpinq"dən 2,6 milyon avroya transfer edib. Qana millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right