"Beşiktaş"ı Almaniya klubuna dəyişdi RƏSMİ

"Beşiktaş"ın müdafiəçisi Feliks Uduoxay karyerasını ölkəsində  davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Union" almaniyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundesliqa təmsilçisi Uduoxay üçün Türkiyə klubuna 1,5 milyon avro təzminat ödəyib. 28 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Beşiktaş" Feliks Uduoxayı  2024-cü ilin yayında "Auqsburq"dan transfer etmişdi. Almaniya millisinin sabiq üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right