Vaqif Cavadov "Tvente"nin düşərgəsində oldu

"Tvente" UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq.

Newsport.az xəbər verir ki, Enşede təmsilçisinin sabiq futbolçusu Vaqif Cavadov bu gün komandanın düşərgəsini ziyarət edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda Azərbaycanın U-20 milli komandasında məşqçi kimi çalışan Cavadov 2010/11 mövsümündə "Tvente"də çıxış edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" qarşılaşması saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right