“Çelsi” İngiltərə millisinin və “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun transferi üçün qarşı tərəfə üç təklif göndərib.
Newsport.az xəbər verir ki, "The i Paper" nəşrinin məlumatına görə, London klubu 23 yaşlı futbolçu üçün 72-79 milyon avro arasında təkliflər irəli sürsə də, “Bornmut” onların hamısını rədd edib.
Qeyd olunur ki, “Bornmut” Skottu bu transfer pəncərəsində komandadan göndərməyi planlaşdırmır. Klub rəhbərliyi əsas futbolçularının satılmayacağını artıq oyunçulara, onların menecerlərinə və maraqlanan klublara çatdırıb.