Məhəmməd Salahı heyətinə qatan "Trabzonspor" daha bir məşhur futbolçunun keçidini həll edib.
Newsport.az xəbər verir ki, Super Liqa nəhəngi "Əl-İttihad"dan ayrılan Fabinyonun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi artıq Türkiyədədir. 32 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra "Trabzonspor"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Fabinyo 2023-cü ilin yayından "Əl-İttihad"da çıxış edirdi. Braziliya millisinin sabiq üzvü 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli dayaq yarımmüdafiəçisi 2018-2023-cü illərdə "Liverpul"da Salahla komanda yoldaşı olub.