Macarıstan çempionatının beşinci turu keçirilib.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” “Debretsen”i qəbul edib.
Matç qolsuz heç-heçə ilə başa çatıb. Nuriyev 72-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Kişvarda” hazırda 5 xalla 8-ci yerdədir.