Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" doğma meydanda son çempion "Qalatasaray"ı qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman da bu matçda iştirak edib. 22 yaşlı forvard 55-ci dəqiqədə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, keçirdiyi hər iki oyunda məğlub olan "Ərzurumspor" turnir cədvəlinin sonuncu pilləsində qqərarlaşıb.