Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Dünənki 3 oyunun hamısında heç-heçə qeydə alındıqdan sonra, raundun ikinci oyun günündə reallaşacaq 4 görüşün nəticəsi daha çox maraq doğurur.
Azərbaycan çempionu “Sabah” Rumıniyada İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə qarşılaşacaqsa, “Neymegen” “Bodo-Qlimt”i, “Qarabağ”ın sabiq hücumçusu Kamilo Duranın formasını geyindiyi “Seltik” Avstriya LASK-ını, “Slovan” isə “Çelye”ni sınağa çəkəcək. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Tərəflər arasında cavab oyunu gələn həftə Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. Neymegen (Niderland) – Bodo-Qlimt (Norveç)
23:00. Seltik (Şotlandiya) – LASK (Avstriya)
23:00. Hapoel (Beer-Şeva, İsrail) – Sabah (Azərbaycan)
23:00. Slovan (Slovakiya) – Çelye (Sloveniya)