Luis Paçunun yeni klubu məlum oldu

"Turan Tovuz"un və "Kəpəz"in sabiq futbolçusu Luis Paçunun yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, o, "Strongest" klubuna keçib. Bu haqda Boliviya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

O, 2023-2024-cü illərdə "Turan Tovuz"da, 2024-2026-cı illərdə isə "Kəpəz"də oynayıb.Ötən mövsüm Paçu 27 matçda 5 qol vurub və 4 qol ötürməsi verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right