Meksika millisinin futbolçusunun Julian Kinyones İtaliyaya yollanmağa hazırlaşır.
Newsport.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “Latsio” 29 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Tərəflər arasında hazırda danışıqlar davam edir. Meksikalı özü İtaliyada oynamağa razıdır. Klublar razılıq əldə edərsə, transfer pəncərəsinin bitməsinə az qalmış keçid baş tutacaq.
Kinyones Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klubunda oynayır və 2029-cu il iyunun 30-na qədər ora aiddir. Onun adı “Aston Villa”, “Çelsi”, “Cenoa” və “Atletiko”(Madrid) ilə də hallanır.
Xulian “Tiqres”, “Venados”, “Atlas”, “Amerika”(hamısı Meksika) klublarının üzvü olub. Qeyd edək ki, 29 yaşlı futbolçu DÇ-2026-nın ilk qolunun müəllifidir.