Türkiyə 1-ci Liqasında 2-ci turun görüşləri keçirilir.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün heyətində çıxış etdiyi "Vanspor" səfərdə "Manisa" ilə üz-üzə gəlib.
Meydana fasilədən sonra çıxan yığmamızın futbolçusu qarşılaşmada qol vursa da, komandası 4:1 darmadağın edilib.
Kökçü son dəqiqələrdə meydandan qovulub.
"Vanspor" xalsızdır və sonuncu pillədədir.