“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Mançester Yunayted” və “Liverpul”un maraq dairəsindədir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın nümayəndələri çərşənbə axşamı ingiltərəli futbolçunun mümkün transferini müzakirə etmək üçün “Kristal Pelas” rəhbərliyi ilə görüşüb.
Həmçinin, “Liverpul”un da 22 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilir.
Uorton 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.