"Opta" superkompüteri bu gün keçiriləcək UEFA Superkubokunun oyununda PSJ və "Aston Villa" komandalarının qələbə şanslarını qiymətləndirib.
Newsport.az xəbər verir ki, bu barədə "Opta Analyst" idman portalı məlumat yayıb.
Bildirilir ki, PSJ klubunun əsas vaxtda qələbə qazanmaq şansı 45 faiz, "Aston Villa"nın qələbə ehtimalı isə 29,6 faiz təşkil edir. Qarşılaşmanın 90 dəqiqəsinin heç-heçə başa çatma ehtimalı isə 25,4 faiz kimi müəyyənləşdirilib.
Xatırladaq ki, 2025-ci ildə UEFA Süperkubokunun qalibi PSJ olub. İtaliyada keçirilən görüşdə Paris təmsilçisi İngiltərənin "Tottenhem" klubunu penaltilər seriyasında üstələyib – 2:2 (4:3 pen.).