Torres Enrikenin yanına gedir

Ferran Torres tezliklə Fransaya köçəcək. “Barselona” hücumçusunu PSJ-yə satmağa razılıq verib.

Newsport.az xəbər verir ki, “Arsenal” və “Tottenhem”in ciddi marağına rəğmən, İspaniya yığmasının üzvü Londona getməyib. O, katalonların sabiq, PSJ-nin hazırkı baş məşqçisi Luis Enrikenin dəvətini qəbul edib. Tərəflər şəxsi müqavilənin detallarını razılaşdırıb.

Klubların anlaşmasında da problem yoxdur. Parislilərin 50 milyon avroluq təklifini İspaniya nəhəngi qəbul edib. Keçid tezliklə açıqlanmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right