“Fənərbağça”nın avtobusuna silahlı hücumla bağlı 5 nəfər saxlanıldı

11 il əvvəl Türkiyənin “Fənərbağça” futbol klubunun avtobusuna silahlı hücumla bağlı 5 nəfər saxlanılıb.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verib.

Qeyd edək ki, 11 il əvvəl Türkiyədə “Fənərbağça”nın avtobusuna silahlı hücum olub. Hadisə “Rizəspor”la oyundan sonra Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bu ilin may ayında ədliyyə naziri Akın Gürlekin tapşırığı ilə 4 aprel 2015-ci ildə “Fənərbağça” futbol klubunun avtobusuna edilən silahlı hücumla bağlı istintaq bərpa olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right