UEFA klublararası dünya çempionatını da boykot edə bilər

UEFA FİFA prezidenti Canni İnfantino ilə bağlı qalmaqal fonunda Avropa klublarının klublararası dünya çempionatını boykot etməsi variantını nəzərdən keçirir.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, ötən həftə FIFA-nın turnirlərin kommersiya hüquqlarını idarə etmək üçün “FIFA Forward Enterprise” (FFE) adlı kommersiya strukturu yaratmaq niyyətində olduğu açıqlanmışdı. Lakin futbol konfederasiyalarının sərt tənqidləri və UEFA üzvü olan ölkələrin dünya çempionatını boykot etmək hədələrindən sonra Canni İnfantino bu təşəbbüsdən imtina edib.

Bildirilir ki, yaranmış vəziyyət avqustun 12-də UEFA Superkuboku uğrunda keçiriləcək PSJ – “Aston Villa” oyunu zamanı UEFA prezidenti Aleksander Çeferinlə Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Nasser Əl-Xəlaifi arasında müzakirə olunacaq. Qeyd edək ki, Əl-Xəlaifi eyni zamanda PSJ klubunun prezidentidir.

Mənbənin iddiasına görə, Çeferin İnfantinonun FİFA prezidenti vəzifəsində qalacağı təqdirdə, ECA və quruma üzv klubların 2029-cu il klublararası dünya çempionatında iştirakdan imtina etməsinin tərəfdarıdır. Bu qərarın qüvvəyə minməsi üçün isə assosiasiyaya üzv 850-dən çox klubun razılığı tələb olunur.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right