"Qalatasaray" Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakovu transfer etməkdə israrlıdır.
Newsport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Kaya Temel məlumat yayıb.
İstanbul klubu "Lokomotiv"ə rusiyalı futbolçu üçün yeni təklif göndərmək niyyətindədir.
Daha əvvəl "Lokomotiv"in 21 yaşlı yarımmüdafiəçini 30 milyon avro dəyərində qiymətləndirdiyi, "Qalatasaray"ın isə bu keçidi təxminən 20 milyon avroya rəsmiləşdirməyə ümid etdiyi bildirilirdi.
Batrakovun 21 yaşı var. Onun "Lokomotiv"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında rusiyalı yarımmüdafiəçinin dəyəri 28 milyon avrodur.