Rodri "Real"a keçir, "Mançester Siti" ona əvəzləyici tapdı

“Mançester Siti” İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə əvəzləyici tapıb.

Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispan futbolçu “Real”a(Madrid) keçməyə yaxındır. 

“Şəhərlilər” onun yoxluğunu “Lill”in yarımmüdafiəçisi Əyyub Buaddi ilə dolduracaq. Klub və oyunçu 2031-ci ilin yayına qədər davam edəcək şəxsi müqavilələr barədə razılığa gəliblər. Fransa klubunun 18 yaşlı futbolçunun potensial satışından 100 milyon avro istədiyi bildirilirdi. 

Ötən mövsüm Buaddi bütün klub yarışlarında 42 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur. 2026-cı il Dünya Kubokunda 18 yaşlı mərakeşli komandasında beş oyunda meydana çıxmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right