"Arsenal" "Benfika"dan futbolçu alacaq

“Arsenal” “Benfika” və Norveç millisinin futbolçusu Andreas Şölderupla maraqlanır.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, londonlular norveçli üçün yeganə namizəd deyil.

“Tottenhem” və "Roma" da norveçlinin vəziyyətini yaxından izləyir və yay transfer pəncərəsi bağlanmazdan əvvəl onu transfer etməyə cəhd göstərəcəklər. “Benfika” isə oyunçusu ilə yollarını ayırmağa tələsmir, çünki hücumçunun müqaviləsində 100 milyon avroluq sərbəst qalma bəndi var və bu da Portuqaliya klubuna güclü danışıqlar mövqeyi verir.

Ötən mövsüm Şölderup klubda 43 oyun keçirib, 10 qol vurub və yeddi məhsuldar ötürmə edib.

22 yaşlı futbolçunun "Benfika" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, əvvəllər "Bodo Qlimt", "Norşelland" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right