“Yaxşı rəqibi məğlub etmək həmişə xoşdur” Xorvat məşqçi “Qarabağ”la görüş haqda

“Xarkov”un baş məşqçisi Mladen Bartuloviç Avstriyada təlim-məşq toplanışı zamanı “Qarabağ” üzərində (6:2) qazandıqları qələbəni şərh edib. 

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Ağdam təmsilçisinə böyük hesabla qalib gəlməklərini bununla əlaqələndirib:

"Əslində hesaba o qədər də fikir vermək istəmirik. Oyunun özünə və oyunçularımızın hazırlığına daha çox diqqət edirik. Çünki bu, onların ilk yoldaşlıq oyunudur. Əlbəttə ki, yaxşı rəqibi məğlub etmək həmişə xoşdur. Bəlkə də bu, bizə qarşı oynayan “Qarabağ”ın ən yaxşı heyəti deyildi, amma meydanda yaxşı oyunçuları da var idi. Bu, onların problemidir. Biz işimizi görürük, taktikalarımızı tətbiq edirik. Çox çalışırıq və ilk yoldaşlıq oyunumuz üçün çox məmnunuq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right